Dünya
PKK-çılar Ermənistana qaçır – keçmiş deputatdan ŞOK AÇIQLAMA
“Ermənistan bu gün PKK üçün ikinci Qəndil rolunu
oynayır”.
Publika.az xəbər verir ki, bu barədə MHP-nin
keçmiş millət vəkili, Azərbaycan əsilli Sinan Oğan deyib.
Onun sözlərinə görə, Ağrı Dağı – Ermənistan xətti PKK-nın təhdidi
altındadır:
“Son dövrlərdə törədilən hücumlara baxsaq görərik ki, TIR-ların
yandırılmasının bir səbəbi də yollarda təhlükəsizliyi pozmaq və
rahat şəkildə həmin yollara minalar düzməkdir. Lakin İğdırda
yollara döşənən bombalar yaxın tarixdə döşənən bombalar deyil.
PKK-nın Ermənistanı ikinci Qəndil olaraq görməsi, bunu üçün də
İğdırda terror törədilməsi üzərindən çox düşünüləsi məsələdir.
Ermənistan – Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan xəbərlər
almağa başladıq. Sərhəd kəndlərindəki dostlarım mənə zəng vuraraq,
gecə vaxtı Ermənistana tərəf keçənlər haqda məlumatlar verib”.
S. Oğan qeyd edib ki, heç kəs Kürdüstanı Ermənistana bağlamaq kimi
xəyallar qurmasın: “İğdır xalqı buna icazə verməz. Bu təxribatlar
başqa bölgələrdə təsir göstərə bilər. Amma İğdırda törədiləcək
hər-hansı bir təxribatların təhlükəli nəticələri ola bilər”.
Asif Nərimanlı
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək