Britaniyada seçkilərdə qalib gələn namizəd “Allahu Əkbər” qışqırdı - Ara qarışdı
Bizi izləyin

Avropa

Britaniyada seçkilərdə qalib gələn namizəd “Allahu Əkbər” qışqırdı - Ara qarışdı

Lids Şəhər Şurasına seçkilərində qalib gələn Yaşıllar Partiyasının namizədi Moteen Ali, tərəfdarları onun arxasında Fələstin bayrağını açarkən “Allahu Əkbər” şüarları səsləndirib.

Publika.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti yazıb.

“Biz susmayacağıq. Qəzzanın səsini ucaldacağıq. Fələstinin səsini ucaldacağıq. Allahu Əkbər!", - britaniyalı siyasətçi qışqırıb.

O əlavə edib ki, seçkilərin nəticələri “Qəzza xalqının qələbəsidir”. O, həmçinin İsraili “ağların üstünlüyü” adlandırıb və Qəzza zolağının “dünyanın indiyə qədər gördüyü ən böyük toplama düşərgəsi” olduğunu bildirib.

Bu cür bəyanatlar Britaniya sosial mediasında mübahisələrə səbəb olub. Siyasətçi həddən artıq radikal olduğu üçün tənqid edilib, bir sıra iri KİV-lər isə bu məsələ ilə bağlı danışmaqdan çəkinməkdə ittiham olunublar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm