Dünya
Pentaqon Rusiya ilə müharibəyə hazırlaşır
Amerika ordusu müasir reallıqları nəzərə alaraq Rusiyaya
qarşı fəaliyyət planını yeniləməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, beləliklə, soyuq müharibə illərində
hazırlanan plan yenidən ön plana çıxıb və ABŞ Müdafiə Nazirliyi
Rusiya ilə münasibətlərinin üzərindəki tozu silomək qərarına gəlib.
Bu haqqda Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin bir
neçə keçmiş və indiki əməkdaşına istinadən "Foreign Policy"
agentliyi yazıb.
"Bu iş üzrə hərəkət iki istiqamətdə aparılır", - deyə agentlik
aydınlıq gətirib: ABŞ-in Rusiyaya qarşı fəaliyyəti NATO-nun
çərçivəsində və ondan kənarda gerçəkləşdiriləcək.
Hər iki versiyada Rusiyanın ən çox ehtimal edilən cəbhə kimi
Baltikyanı ölkələrə hərbi müdaxiləsi mümkün sayılır.
Agentliyin sözlərinə görə, Amerika hərbiçiləri dayanmadan
proqnozlaşdırılan təhlükələrin yarana biləcəyi hallar üzrə
fəaliyyət planı hazırlayırlar. Lakin bu planların prioritetləri
müxtəlifdir. Rusiya ilə hərbi münaqişəyə hazırlıq Sovet İttifaqı
dağıldıqdan sonra prioritet məsələ sayılmırdı. Elə buna görə də bu
planlar arxa plana keçirilmişdi.
"Təhlükəsizlik baxımından yaranan gərgin vəziyyəti nəzərə alaraq,
müəyyən olundu ki, bizə bu planları tamamlamaq vacibdirr. Bizim
NATO-nun mütəffiqi olan ölkələrə mümkün təcavüzə qarşı hazır
planımız var", - deyə ABŞ-ın müdafiə nazirliyinin yüksək rütbəli
şəxsi agentliyə məlumatında bildirib.
"Bu hərbi planlar yarana biləcək təcavüzə qarşı cavabı təşkil
edəcək", - deyə agentliyin həmsöhbəti bildirib.
Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılmasından sonrakı
vəziyyət nəzərə alınaraq hazırlanmış əvvəlki planlar Qərb
ölkələriylə Rusiyanın yaxınlaşmasını nəzərdə tuturdu. Xüsusilə də
Çinlə eyni səviyyədə əsas təhlükə kimi baxılan terrorizmlə
mübarizədə Rusiya ilə bir çox istiqamətlərdə əməkdaşlıq
münasibətlərinin qurulması nəzərdə tutulurdu.
Agentliyin yüksək vəzifəli mənbələri bildiriblər ki, Rusiya ilə
Gürcüstan arasında 2008-ci ildə baş verən həbi
münaqişədən sonra NATO Rusiya ilə bağlı planlarında yüngül
dəyişiklik edib. Lakin Pentaqon bu addımı atmayıb.
Yeni planlarda isə buna xüsusi diqqət yetirilir. Yeni metodlarda
ənənədən kənar üsullara o cümlədən, Rusiyanın Krımda və Ukraynanın
şərqində istifadə etdiyi hibrid müharibə taktikasına: "nəzakətli
insanlar", idarə olunan etirazlar və kibermüharibələrə diqqət
yetirilir.
Pentaqonun başçısı Eşton Karter
Pentaqonun başçısı Eşton Karter avqustun sonu bildirib ki,
Rusiyanın ABŞ-a qarşı siyasəti bir çox münasibətlərdə məcazi
xarakter daşıyır. O, Rusiyanı ABŞ üçün fövqəladə təhlükə hesab
edib. Karter ABŞ generalı Cozef Danfordun Rusiyanın Amerika üçün
"bir nömrəli təhlükə" olması barədə çıxışından sonra bu fikri
bildirib.
ABŞ-ın generalı Cozef Danford
Pentaqon başçısı təsdiqləyib ki, onun idarəsi Rusiyanı son dərəcə
ciddi təhlükə sayır və Rusiyanın nüvə arsenalını fövqəladə
təhlükəli hesab edir.
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu