Dünya
İraqda vəba yayılıb
İŞİD silahlı qruplaşmasından torpaqlarını geri almağa çalışan iraqlılar indi də yeni bir düşmən – vəba (xolera) yoluxucu xəstəliyi ilə üz-üzə qalıblar.
Bu xəstəlik ötən həftə Bağdaddan 25 km qərbdə yerləşən Əbu Qəraib şəhərində aşkarlanıb, ancaq artıq yoluxanların sayı 121-ə çatıb. Səhiyyə nazirliyinin sentyabrın 23-də yaydığı məlumata görə, Əbu Qəraibdə azı 4 nəfər bu xəstəlikdən ölüb və xəstəlik sürətlə Fərat çayı boyunca cənub əyalətlərinə yayılır.
Bağdadın cənubunda Babil əyalətində də yoluxanlar var, azı 54 nəfər xəstələnib.
Vəba daha çox çirkli su və ərzaq vasitəsilə yayılır. Müalicə olmasa, dehidrasiya və böyrək çatışmazlığı səbəbindən bir neçə saat ərzində ölümə səbəb olar.
İraqın su və kanalizasiya sistemləri isə köhnədir, infrastrukturun inkişafı illərdir müharibə və baxımsızlıq üzündən əngəllənib.
Baş nazir Hayder al-Abadi xüsusilə Əbu Qəraib ərazisində fövqəladə tədbirlərin həyata keçirilməsi barədə göstəriş verib ("Azadlıq" radiosu).
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO