Dünya
Ən yaxşı ideoloq ən yaxşı strateqə qarşı: “Böyük oyun” baş tutacaqmı?
Bu gün BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində mühüm hadisə baş verəcək.
Publika.az xəbər verir ki, Nyu-Yorkda Rusiya və ABŞ prezidentlərinin görüşü olacaq.
Ekspertlər hesab edir ki, tərəflərin öz əvvəlki mövqelərindən geri çəkiləcəyi inandırıcı görünmür. Ancaq ekspertlər görüşdə Vladimir Putin və Barak Obamanın şəxsi strategiyasının da əhəmiyyətli rol oynayacağını istisna etmirlər.
Henri Kissencer Mərkəzinin hazırladığı analitizdə qeyd edilir ki, ABŞ prezidenti bəlkə də ən yaxşı ideoloq, amma yaxşı strateq deyil. ABŞ-ın hazırkı administrasiyasının siyasi mahiyyəti respublikaçılar dövrünün sərhədlərindən geri çəkilmədir.
“Obama güc hesabına demokratlaşdırma siyasətindən, həm də kiçik Corc Buşun Yaxın Şərq strategiyasından imtina etdi. Ancaq paradoks ondan ibarətdir ki, Vaşinqton əvəzində heç nə təklif edə bilmədi. Amerikanın müttəfiqlərindən heç kəs anlamadı ki, Barak Obamanın xarici siyasət doktrinası nədən ibarətdir. Obama qoşunları İraq və Əfqanıstandan çıxardı. Nəticədə Yaxın Şərqdə ABŞ-ın əsas düşməni olan İran gücləndi, İŞİD kimi yeni təhlükəli oyunçu çıxdı, İraq hakimiyyəti özünü müdafiə etmək qabiliyyətini itirdi, atılmış İraq kollaps həddinə çatdı”, - Henri Kissencer Mərkəzinin analitikində qeyd edilir.
Ekspertlər deyirlər ki, ABŞ-ın bu cür addımları onun ənənəvi müttəfiqləri tərəfindən zəifliyin nümayişi kimi qiymətləndirilir.
Amma politoloqların fikrincə, Rusiyanın prezidenti yaxşı strateq və ideoloqdur. “O, sürətli və qətiyyətlə hərəkət etməyə hazırdır, əlindəki sərhədləri möhkəmləndirmək və yenilərini tutmaq üçün gücdən istifadə etməyə qorxmur. Rusiya prezidenti yaxşı anlayır ki, Obama ilə “böyük oyun” haqqında deyil, yalnız taktikanın koordinasiyası ilə bağlı razılaşmaq olar”, - analitikdə deyilir.
Suriya məsələsi üzrə Moskvanın mövqeyi bundan ibarətdir ki, Suriyanın qanuni prezidenti Bəşər Əsəd öz vətənində terrorizmlə mübarizə aparır və ona kömək etmək lazımdır.
Almaniya, Böyük Britaniya və Türkiyənin Bəşər Əsədlə bağlı mövqeyində müəyyən korrektələr etməsi isə onu deməyə əsas verir ki, Rusiyanın gücə söykənən siyasəti nəticə verməyə başlayıb. Adıçəkilən dövlətlər uzunmüddətli olmasa da, yaradılması planlaşdırılan müvəqqəti hökumətdə Bəşər Əsədin yer almasına razı olduğunu bildiriblər.
Ömər Dağlı
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO