Dünya
“Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün ...”
Vaşinqtonda yerləşən Hudson İnstitutunun eksperti David Satter “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiyanın Krıma hərbi müdaxiləsini şərh edib.
Publika.Az – ın verdiyi xəbərə görə, ekspert
Rusiya prezidenti Vladimir Putinin Krımı zəbt etməklə öz siyasi
reytinqini qaldırmağa və Ukraynada baş verdiyi kimi hakimiyyətdə
olan kriminal oliqarxiyaya qarşı xalq inqilabının qarşısını almağa
can atdığını bildirir.
D.Satter hesab edir ki, Ukraynada hakimiyyətdə olmuş kriminal
oliqarxiya Rusiyanı hazırda idarə edən kriminal oliqarxiyaya çox
oxşardır. “Rusiya rəsmiləri qonşu ölkədə xalq inqilabı,
anti-kriminal inqilab görmək istəmirlər, çünki bu olay rus xalqının
özü üçün bir örnək ola bilər”, - ekspert qeyd edir.
Hudson İnstitutunun eksperti Krımı ələ keçirməklə Rutinin qısa müddət ərzində rus ictimaiyyətinin dəstəyini qazanmağa çalışdığını bildiri:
“Ona görə də o, Krımı zəbt etməkdə maraqlıdır. Hər halda Rusiya
ərazi baxımdan korluq çəkmir. Amma bu növ hərəkətlər rus
ictimaiyyəti arasında populyardır. Məsələn, 2008-ci ildə Rusiya
Gürcüstanı zəbt edəndə, o vaxtkı prezident Dmitri Medevedevin
reytinqləri xeyli yüksəlmişdi. Bu, rejimi gücləndirməyin
yollarından biridir”.
Bir neçə gün bundan əvvəl “İctimai rəy” Fondunun sosioloji
tədqiqatının nəticələri də ekspertin iddiasını gücləndirir.
Sorğunun nəticələrinə görə, Putinin reytinqinin rekord səviyyəyə
qalxıb. “Ən yaxın bazar günündə keçiriləcək prezident seçkilərində
kimə səs verərsiniz” sualına respondentlərin 53 faizi “Vladimir
Putin” cavabı verib. Halbuki, bir həftə əvvəl Putinin seçki
reytinqi 48 faiz idi. “İctimai rəy” Fondunun məlumatına görə, son
bir il ərzində hazırkı prezidentin reytinqi orta hesabla 45-47 faiz
olub.
Tədqiqata əsasən, əhalinin 67,7 faizi dövlət başçısının fəaliyyətinin razıdır. Fevral ayının ortalarında isə bu göstərici 61,9 faiz idi.
Postsovet respublikaların narahatlığı üçün ciddi əsasların
olub-olmamasına gəlincə, D.Satter hesab edir ki, müəyyən mənada
Baltlikyanı respublikalar NATO-ya daxil olmaqla bu problemi həll
ediblər. “Amma oxşar imtiyaza malik olmayan ölkələr üçün bu,
problemdir. Məsələn, Qazaxıstanın şimalında ruslar məskunlaşıb.
Sabah Rusiyanın şimali Qazaxıstana girib orada referendum keçirib
həmin ərazini ilhaq etməyəcəyinə kim zəmanət verə bilər? Bu
presedent sabiq Sovet respublikaları, o cümlədən Rusiyanın özü üçün
çox təhlükəlidir. Əgər Rusiya belə davrana bilərsə, onda niyə Çin
Uzaq Şərqdə çinli azlığı qorumaq üçün Rusiyaya hərbi müdaxilə
etməsin?” – ekspert söyləyib.
D.Satter V.Putinin davranışının sələflərinin davranışı ilə üst-üstə
düşdüyünü deyib:
“Onlar həmişə başqa ölkələri xilas etmək üçün onları zəbt edirlər. Ruslar bunu Macarsıtanda, Çexoslovakiyada etdilər. Onlar Əfqanıstanı xarici qüvvələrdən qorumaq üçün zəbt etmişdilər, halbuki xarici qüvvə elə onların özləri idi. Onları Osetiyanı Gürcüstandan xilas etdilər. İndi də Krımı ukraynalılardan xilas etmək istəyirlər. Halbuki rusların təxəyyülündən başqa heç bir yerdə Krımda rusların hüquqlarının pozulmasına dair dəlil yoxdur. Rusiya daim sərhədlərini genişləndirmək üçün bu bəhanədən istifadə edib”.
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO