SEPAH-ın komandanı: “Səudiyyə rejiminin sonuna az qalıb”
Bizi izləyin

Dünya

SEPAH-ın komandanı: “Səudiyyə rejiminin sonuna az qalıb”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Məhəmməd Əli Cəfəri Mina faciəsinə görə Səudiyyə Ərəbistanı hökumətini təhdid edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, komandan M.Ə.Cəfəri bəyan edib ki, İranın Səudiyyə Ərəbistanına cavabı çox ağır olacaq: “Sadəcə olaraq, hazırda təlimatı gözləyirik. Biz Mina faciəsində həlak olan iranlı zəvvarların intiqamını Səudiyyədən alacağıq. İran İslam Respublikası öz dini liderinin bütün tələblərini yerinə yetirəcək. Sadəcə olaraq, dini liderimizin müvafiq təlimatını gözləyirik”.

İranlı general bildirib ki, Səudiyyə Ərəbistanı kralı və ailəsi İslam dünyasına xəyanət edib: “Bu gün Səudiyyə Yəmən xalqını yox edir, Suriyada xalqı öz evindən didərgin salır, Bəhreyn xalqını təzyiq altında saxlayır, İraqda etnik və dini münaqişə yaradıb. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə terrora dəstək verməklə bu bölgədə xaos yaradır. Artıq bölgə əhalisi bu cür ədalətsizlik və zülmlərdən bezib. Səudiyyə Ərəbistanında hakimiyyətdə olan rejimin sonuna az qalıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm