Dünya
İraqda vəba: hər gün 100 nəfər xəstəliyə yoluxur

İraqda vəbaya yoluxanların sayı beş gün ərzində 300 nəfərdən çox artaraq 827-yə nəfərə çatıb. İraq Səhiyyə Nazirliyinin ərəb KİV-ləri tərəfindən yayılan məlumatında deyilir ki, xəstəlik hallarının çoxu Babel əyalətində və Bağdadda qeydə alınıb.
Nazirliyin məlumatına görə, təkcə son 48 saatda İraq xəstəxanalarına vəbaya yoluxan 50 xəstə gətirilib. Xəstəlik halları Bağdadda və ölkənin cənubunda qeydə alınıb. Səhiyyə Nazirliyi vəbanın yayılması ilə bağlı vəziyyətin nəzarətdə olduğunu elan edəndən sonra bu xəstəliyə yoluxanların sayı kəskin artıb.
İraqın səhiyyə və ətraf mühit naziri Adilə Hamud bəyan edib ki, İraqda vəba əsasən çirklənmiş içməli su mənbələri vasitəsilə yayılır.
Bəsrə Şəhər Şurasının nümayəndəsi Məhəmməd əl-Mənsuri isə adı çəkilən nazirliyi bütün əyalətlərdə vəbaya yoluxanlar barədə məlumatları gizlətməkdə və ölkənin mərkəzi, cənub və qərb bölgələrində xəstələnənlərin sayının çox olmasına baxmayaraq, epidemiya barədə məlumat vermək istəməməkdə təqsirləndirib.
Məhəmməd əl-Mənsuri Dünya Səhiyyə Təşkilatına müraciət edərək, onu vəziyyətə müdaxilə etməyə və xəstəliyin yayılmasının həqiqi miqyasının üzə çıxarılması üçün öz əməkdaşlarını İraqa göndərməyə çağırıb.
Bundan əvvəl Nigeriyanın cənubunda River ştatında da vəba ocağı aşkar edilib.

-
ABŞ22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu