Kaliforniya polisi 6 ildə 610 vətəndaşı “ovlayıb”
Bizi izləyin

Dünya

Kaliforniya polisi 6 ildə 610 vətəndaşı “ovlayıb”

ABŞ-ın Kaliforniya ştatının polis əməkdaşları 2009-2010-cu illər ərzində 610-dan çox vətəndaşı qətlə yetiriblər.

Publika.az xarici mediaya istindən xəbər verir ki, bu barədə Vətəndaş Azadlıqlarının Müdafiəsi üzrə Amerika İttifaqının (ACLU) hesabatında deyilir.

Məlumata görə, onlardan 598-i odlu silahla vurulub. Qətl hadisələri ən çox Los-Anceles şəhərində qeydə alınıb – 194. Ştatın cənub hissəsində yerləşən Kern dairəsi adambaşına qətllərinin sayına görə liderdir: hər 100 min nəfərə 3,54 qətl. Byutt dairəsi isə polis tərəfindən törədilən qətllərin sayına görə ikincidir. Burada hər 100 min nəfərə görə 3,1 qətl düşür.

ACLU-nun məlumatına görə, 2009-2014-cü illərdə polis tərəfindən törədilən qətllərin statistikası aşağıdakı kimidir:

2009-cu il - 86

2010-cu il - 76

2011-ci il - 108

2012-ci il - 131

2013-cü il - 127

2014-cü il - 82

Oxumağa davam et
Reklam
Reklam

Gündəm