Dünya
Krımın statusu haqqında referendumda səsvermə başlayıb
Krım və Sevastopolun dövlət mənsubiyyəti barədə referendumda səsvermə üçün məntəqələr açılıb, region sakinləri Ukrayna tərkibində səlahiyyətlərin genişləndirilməsi və ya Rusiya Federasiyasına qoşulması arasında seçim etməlidirlər.
Səsvermə yerli vaxtla 8: 00-dən 20: 00-dək davam edəcək. Seçici
siyahılarına 1,515 milyon Krım və 305 min Sevastopol sakini daxil
edilib.
Krım ərazisində 1205, Sevastopolda - 192 seçki məntəqəsi
işləyəcək.
Seçkilərdə iştirak həddi olmayacaq. Seçicilər pasportu təqdim
etməklə bülletenləri ala biləcəklər. Yalnız qeydiyyat yeri üzrə səs
vermək mümkün olacaq, uçotdan çıxma vəsiqələri nəzərdə
tutulmayıb.
Krım və Sevastopol üzrə referendumda işləmək üçün 23 ölkədən
800-dən artıq jurnalist və 180-dən çox müşahidəçi qeydiyyatdan
keçib. Exit pollun keçirilməsi üçün yeganə təşkilat - Respublika
sosioloji və siyasi araşdırmalar institutu akkreditasiya alıb.
Referendumun ilkin nəticələri artıq səsvermə başa çatdıqdan bir
neçə saat sonra elan oluna bilər, lakin yekun nəticə - martın
17-də, referendumun keçirilməsi üzrə Krım komissiyasının rəhbəri
Mixail Malışev hesab edir. /Trend/
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR