“Facebook”da yenilik - VİDEO
Bizi izləyin

Dünya

“Facebook”da yenilik - VİDEO

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq növbəti yenilik edib.

Publika.az xəbər verir ki, Mark “Facebook” istifadəçilərinin maraqla gözlədiyi “bəyənməmək” düyməsinin yerinə alternativ “emodzi”lər haqqında öz rəsmi profilində qısa bir video paylaşaraq məlumat verib. O, sosial şəbəkədəki paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədi ilə “like” düyməsinin yerinə 6 yeni “emodzi” üzərində çalışdıqlarını bildirib.

“Bəyənirəm” standart düyməsinə daha 6 yeni düymə əlavə olunub: “sevgi”, “gülüş”, ”sevinc”, “kədər”, “qəzəb”, “təəccüb”.

Əlbəttə, yeni əlavə olunmuş düymələrin sınağı olacaq. İlk dəfə İspaniya və İrlandiyanın sosial şəbəkə istifadəçiləri arasında sınaq keçiriləcək. Artıq bu gündən onların monitorlarında yeni əlavə olunmuş “emodzi”lər görünəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm