Kamikadzedən ŞOK ETİRAF: “İŞİD bizə izah edildiyi kimi deyil”
Bizi izləyin

Dünya

Kamikadzedən ŞOK ETİRAF: “İŞİD bizə izah edildiyi kimi deyil”

Ankarada 99 nəfərin öldüyü terror aktını həyata keçirən 2 kamikadzedən biri olduğu deyilən Ömər Dəniz Dündarın əkiz qardaşı və Suriyada YPG-yə (PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin hərbi qanadı) əsir düşən Mahmud Qazi Dündarın türkiyəli gənclərə müraciəti yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mahmud Qazi Dündar İŞİD terror qruplaşmasının Türkiyədə anladıldığı kimi olmadığını bildirib.

“Cihad bizə ya zəfər, ya şəhidlik gətirməli idi. Bizə “öləndə Allahın hurilərindən faydalanırsan, yaşadığın zaman da “İslam Dövləti”nin torpaqları genişlənir. Hər vəziyyətdə qazanırsan” deyilirdi. Mən də buna görə İŞİD-ə qatılmaq qərarına gəldim. Adıyamandakı gənclərə buradan səslənmək istəyirəm. Ortada zəfər və ya şəhidlik yoxdur. Həyatınız bitər. Bizə Türkiyədə izah edilənlərlə burada gördüklərim arasında yerlə göy qədər fərq var. İŞİD bizə izah edildiyi kimi deyil”, - Mahmud Qazi Dündar deyib.

Qeyd edək ki, 24 yaşındakı Mahmud Qazi Dündar avqust ayında PYD-nin silahlı qanadı YPG tərəfindən Suriyanın Tel-Abyad şəhərində saxlanılaraq həbsxanaya salınıb. O, İŞİD-in Türkiyədə terror aktları törədə biləcək 21 nəfərlik qrupunda yer alırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm