Baş nazirə sui-qəsd planı
Bizi izləyin

Dünya

Baş nazirə sui-qəsd planı

Pakistanın Baş naziri Nəvaz Şərifə sui-qəsd planı hazırlanması ilə bağlı iddialar yayılıb.

Axar.az xəbər verir ki, baş nazirin mətbuat katibi bu sui-qəsd planından xəbərdar olduqlarını və cinayətkarları tezliklə aşkara çıxaracaqlarını bildirib:

“Baş nazirimizi necə qorumaq lazım olduğunu çox yaxşı bilirik. Bu sui-qəsdi hazırlayanları qısa müddətdə həbs edəcəyik”.

Pakistan Daxili İşlər Nazirliyinin mühafizə qüvvələrinə göndərdiyi məktubda Baş nazirə sui-qəsdi Hindistan kəşfiyyatının planladığı qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm