102 nəfəri öldürən kamikadzelərin görüntüləri əldə olundu – FOTOLAR
Bizi izləyin

Dünya

102 nəfəri öldürən kamikadzelərin görüntüləri əldə olundu – FOTOLAR

Oktyabrın 10-da Ankarada 102 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən şəxslərin görüntüləri əldə edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, görüntülər Ankara Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində əldə olunub. Araşdırmalar zamanı Ankarada özlərindən canlı bomba kimi istifadə edən 2 kamikadzenin eyni vaxtda görüntüləri əldə edilib.

Ankara Prokurorluğunun ehtimallarına görə, terror aktı törədən kamikadzelər hücum öncəsi Suriyadan Qaziantəpə keçiblər, daha sonra isə İŞİD-ə aid olan evə yerləşiblər.

Terrorçular son hazırlıq işlərini də həmin evdə həyata keçiriblər. Daha sonra həmin kamikadzeləri Ankaraya aparmaq üçün maşın təşkil olunub. Kamikadzelər üçün bombaları da İŞİD həmin evdə hazırlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm