İŞİD-in kütləvi məzarlığı tapıldı: 365 döyüşçü - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in kütləvi məzarlığı tapıldı: 365 döyüşçü - FOTO

İraq silahlı qüvvələri ölkənin şimalında yerləşən Baydji şəhərində 365 döyüşçünün basdırıldığı kütləvi məzarlığı aşkarlayıb.

Publika.az “The Straits Times” nəşrinə istinadən xəbər verir ki, cəsədlər İŞİD döyüşçülərinə aiddir.

Cəsədlərin nə vaxt basdırıldığı açıqlanmayıb.

Qeyd edək ki, İraq silahlı qüvvələri 5 günlük döyüşlərdən sonra oktyabrın 10-da Baydji şəhərini İŞİD-dən azad edib. Şəhərin yaxınlığında ölkənin ən böyük neft emalı zavodu yerləşir. Baydji 2014-cü ilin iyunundan İŞİD-in nəzarətində olan Mosuldan 150 kilometr məsafədədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm