Dünya
“Çanaqqala Zəfəri”nin 99-cu ildönümüdür
Martın 18-i Çanaqqala şəhidlərini anma
günüdür.
ANS PRESS-in xəbərinə görə, martın 18-də “Çanaqqala Zəfəri”nin
99-cu ildönümü qeyd edilir.
Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti
dünyaya Türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə
Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam
edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb
oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi.
Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini
ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min
ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla
205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər
itirmişdir.
Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə
edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin
qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd
edilir.
Bu döyüşlərdə 3 mindən çox Azərbaycanlı əsgər də şəhid olub.
Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə
müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru
müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi
paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək,
Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf
olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa
uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər
istilaçı qüvvələri geri qova bilib.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO