Dünya
Türkiyə xəbərdarlıq etdi: “Təyyarələrimiz havadadır”
“Süleyman Şah Türbəsinin olduğu yer Türkiyə torpağıdır. Silahlı qüvvələrimiz bura qarşı hər hansı bir hücum ehtimalına qarşı hazır vəziyyətdədir. Daha doğrusu, təyyarələrimiz belə havadadır”.
Publika.Az – ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə müdafiə naziri İsmət Yılmaz Suriyadakı Süleyman Şah Türbəsi ətrafındakı vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bu regionda Türkiyəni özünə düşmən edənlərin gələcəyinin yaxşı olmadığını vurğulayan müdafiə naziri bunları söyləyib:“Hər kəs dönüb tarixə baxsın. Türkə kim xəyanət edibsə, bu ölkəni ən çətin dövrdə kim tək buraxıbsa, hamısı böyük peşmançılıq çəkmişdir. Buna Orta Şərq də, Krım da daxildir. Çünki, biz haqqın tərəfdarıyıq. İŞİD-in nəzarətində olan ərazidən bizim torpaqlarımıza da bir hücumun olmayacağını düşünürük. Lakin lazım olan tədbirləri görmüşük”.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Türkiyə sərhədinə 35 kilomert məsafədədir. Süleyman Şah Türbəsinin olduğu ərazi Suriya sərhədləri içərisində olsa da, 1921-ci ildə imzalanan Ankara müqaviləsinə görə Türkiyənin torpağı kimi qəbul edilib.
Əraziyə iki gün bundan əvvələ kimi Azad Suriya Ordusu nəzarət edirdi. İki gün əvvəl baş verən qarşıdurmalardan sonra türbənin ətrafındakı strateji ərazi və körpü “İraq və Şamda İslam Dövləti”nin (İŞİD) nəzarətinə keçib. Bununla da türbə təhlükə ilə üz-üzə qalıb.
Ömər Dağlı
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO