"Hollywood" filmlərini kölgədə qoyan məhbus - FOTO
Bizi izləyin

Dünya

"Hollywood" filmlərini kölgədə qoyan məhbus - FOTO

Brazilyada 36 illik həbs cəzasına məhkum edilən Antonio Felipe adlı cinayətkar insan üzünə bənzəyən maskayla həbsdən qaçmağa cəhd göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Antonio Felipe ölkənin ən böyük narkotik mafiyasının üzvi olub. O, insan üzündən fəqrlənməyən yaşlı qadın maskası, qadın paltarı və parik taxaraq qaçmaq istəsə də bu mümkün olmayıb. Çünki professionallıqla etdiyi makiyajı ancaq həbsxananın qapısına qədər qaçmasına kömək edib.

Belə ki, uzun boyu ilə diqqət çəkən yaşlı qadının ziyarət saatında içəri girişini xatırlamayan gözətçilər onun şəxsiyyətini araşdırmağa məcbur olublar. Bununlada məhbusun qaçmaq planı baş tutmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm