Almaniyada tətillər: Lufthansa 929 reysi təxirə saldı
Bizi izləyin

Dünya

Almaniyada tətillər: Lufthansa 929 reysi təxirə saldı

Almaniyanın nəhəng aviaşirkəti olan Lufthansa 929 təyin olunmuş reysi təxirə salıb.

Publika.az ТАSS agentliyinə istinadən xəbər verir ki, buna səbəb təyyarə bələdçilərinin kütləvi tətilləridir.

Tətil Frankfurt-Mayn, Münhen və Dyüsseldolfda keçirilir. Yerli vaxtla 04:00-dan başlanan nümayişlər 23:00-a qədər davam edib. Tətil səbəbindən təxminən 113 min sərnişin öz planlarına yenidən baxmalı olacaq.

Təyyarə bələdçilərinin Azad Həmkarlar Təşkilatı isə tətillərlə bağlı yeni taktikanı təcrübədən keçirib. Belə ki, əvvəlcədən nümayiş barədə heç bir məlumat verməyən təşkilat bununla Lufthansaya onlarla razılaşmaqdan başqa yol qoymayıb.

Tətilin ölkənin bir sıra aeroportlarında noyabrın 13-ə qədər keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təyyarə bələdçilərinin pensiyaları ilə bağlı mübahisə Həmkarlar Təşkilatı ilə Lüfthansa arasında artıq iki ildir ki davam edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm