İŞİD-dən nazirə təhdid mesajı: “Parisdən sonra növbə sizindir!”
Bizi izləyin

Dünya

İŞİD-dən nazirə təhdid mesajı: “Parisdən sonra növbə sizindir!”

Albaniyanın daxili işlər naziri Sami Tahiriyə İŞİD terror təşkilatından təhdid mesajı gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mesajın müəllifi İŞİD-in albanlardan ibarət “Qırmızı Briqadalar” adlanan qruplaşmasıdır.

Mesaj nazirə paytaxt Tiranadakı Polis Akademiyasında olarkən gəlib. Mesajda “Parisdən sonra növbə Tiranadadır!” yazılıb.

“Sizlər Allahın qarşısında titrəyərək döyüşü uduzacaqsınız”, - təhdid mesajında deyilir.

Mesajı alan Sami Tahiri ölkənin yüksək səviyyə səlahiyyətliləri ilə görüşüb. Prezident Buyar Nişani isə Albaniya Milli Şurasının toplantısını çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm