Dünya
İstanbulda “Böyük qətliam”ın qarşısı alındı: Paris kimi qana boyayacaqdılar
Parisdəki terror hücumları ilə eyni gündə İstanbulda təşkil edilməsi planlaşdırılan “böyük hücum”un qarşısı alınıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Cihadçı Con” kimi tanınan İŞİD cəlladının Eyn Lesli Devis adlı köməkçisinin da aralarında olduğu beş nəfər ötən həftənin cümə günü İstanbulda saxlanılıb.
Adını açıqlamayan yüksək vəzifəli bir türk səlahiyyətli Fransanın AFR agentliyinə açıqlamasında bildirib ki, saxlanılan şəxslər Paris hücumları ilə eyni gündə İstanbulda terror aktları planlaşdırıblar. “İlk araşdırmalar böyük bir hücumun qarşısının alındığını göstərir”, - türk səlahiyyətli deyib.
O, saxlanılan şəxslərin Parisdə 132 nəfərin ölümünə səbəb olan hücumlarla əlaqəsinin olub-olmadığının araşdırıldığını söyləyib. Səlahiyyətli bütün ehtimalların qiymətləndirildiyini əlavə edib.
Qeyd edək ki, Amerikanın pilotsuz təyyarəsi ötən həftənin cümə axşamı Suriyada İŞİD terror qruplaşmasının cəlladı, “Cihadi Con” kimi tanınan Məhəmməd Emvazini vurub.
“Reuters” agentliyi ötən hətfə Məhəmməd Emvazinin güman edilən müttəfiqi Eyn Lesli Devisin Türkiyədə saxlanıldığını bildirib. Qeyd olunub ki, o, Suriyada xarici əsirlərin müşayiət edilməsinə görə məsuliyyət daşıyan döyüşçülər qrupuna daxil idi.
Ömər Dağlı
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Sosial16:20Azərbaycanda saytlar buna görə çöküb
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO

































