Dünya
Məşhur rus müğənniləri qəza keçiriblər
Rusiyanın məşhur ifaçıları Leonid Aqutin və Anjelika Varum avtomobil qəzası keçiriblər.
ANS PRESS-in məlumatına görə, ifaçılar konsert proqramı ilə çıxış
etmək üçün Barnauldan yollandıqları Prokopyevsk şəhərində hadisə
ilə üzləşiblər.
Bu barədə A.Varumun meneceri mətbuata məlumat verib, xoşbəxtlikdən
onlardan heç biri ciddi xəsarət almayıb. Hadisə yerinə dərhal
təcili yardım işçiləri gəlib. Buna baxmayaraq sevilən ifaçılar
xəstəxanaya getməkdən imtina ediblər və qaldıqları mehmanxanaya üz
tutublar.
Prokopyevskdə konsert proqramı baş tutdu, amma səhnəyə ancaq Leonid
Aqutin çıxıb. Çıxışı zamanı ifaçı baş verən hadisə barədə qısaca
məlumat verib və qeyd edib ki, Anjelika özünü yaxşı hiss etmir, bu
səbəbdən ifa edə bilməyəcək. Şəhərdə yerləşən polis əməkdaşları
qəzanın necə baş verdiyi barədə açıqlamalar veriblər.
Onlar bildiriblər ki, hadisədə günahkar şəklində "Nissan" markalı avtomobilin sürücüsü göstərilir. Həmin maşını idarə edən şəxs idarəetməni itirərək qarşı yola çıxıb və sənətçilərin yerləşdiyi "Mercedes" avtomobili ilə toqquşub.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı