ŞOK TƏHDİD: “Hər həftə bir müsəlman və ya ərəb öldürəcəm” - VİDEO
Bizi izləyin

Dünya

ŞOK TƏHDİD: “Hər həftə bir müsəlman və ya ərəb öldürəcəm” - VİDEO

Kanadada yaşayan bir nəfər üzünə maska taxaraq çəkdiyi videoda müsəlman və ərəbləri təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, hər həftə bir müsəlman və ya ərəbi öldürəcəyini söyləyib.

O, Yutuba yüklədiyi videomüraciətində hökumətin müsəlman və ərəblərlə əlaqədar konkret addımlar atmayacağı halda, özünün hərəkətə keçəcəyini bildirib. Silahını göstərən adam hər həftə bir müsəlman və ya ərəb öldürmək üçün gələn həftədən fəaliyyətə başlayacağını bəyan edib.

O, tək olmadığını və bu cinayətlərdə ona kömək edəcək insanların olduğunu deyib.

Polis videoda danışan şəxsi axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm