Biabırçılıq: Kolumbiya prezidenti şalvarını islatdı - VİDEO, FOTOLAR
Bizi izləyin

Dünya

Biabırçılıq: Kolumbiya prezidenti şalvarını islatdı - VİDEO, FOTOLAR

Kolumbiya prezidenti Xuan Manuel Santosun Barrankilya şəhərindəki seçkiqabağı mitinqdə çıxışı zamanı şalvarı islatması ilə bağlı qalmaqal böyüyür.



Ölkə müxalifəti Santosu 2012-ci ilin sonlarında prostat xərçəngi xəstəliyindən müalicə olunmasını gizlətməkdə suçlayıb.



"Dövlət başçımızın prostatında çox ciddi problemlər var və onun Barrankilyada şalvarını islatması buna sübutdur. Lakin o, xəstəliyini gizlədir. Xalqına yalan danışan, ikinci dəfə prezident seçilməyə və vəzifədə qalmağa çalışan adamın oyunbazlığına niyə dözməliyik?" - müxalifət liderləri bildiriblər.



Olayla bağlı olaraq Xuan Manuel Santos bəyanat yayıb.



"Baş verən hadisə heç bir halda xəstəliyimi gizlətməyim və ya xəstə olmağım anlamına gəlməməlidir. Sağlamam, ölkəni hələ 4 il də idarə etmək iqtidarındayam. Son müayinələr prostat vəzimdəki şişin tam müalicə olunduğunu göstərdi", - Xuan Manuel Santos bildirib.


09:24

Kolumbiyanın dövlət başçısı Xuan Manuel Santos ölkədə keçiriləcək prezident seçkilərinə hazırlaşır. İkinci dəfə prezident seçilmək istəyən 62 yaşlı Santos tərəfdarlarının qarşısındakı çıxışlardan birində rüsvay olub.


Kolumbiyada iqtidarda olan Mühafizəkarlar Partiyasının sədri Xuan Manuel Santos Barrankilya şəhərindəki mitinqdə səhnədə danışırdı. O, ikinci dəfə prezident seçiləcəyi təqdirdə, ölkənin iqtisadi problemlərinin həlli, işsizliyin azaldılması istiqamətində səylərini daha da aktivləşdirəcəyini deyib.


Çıxış əsnasında prezident özünü saxlaya bilməyib və şalvarını isladıb.


Prezidentin köməkçiləri ilə müşaviri səhnədə olsalar da, Santosu bu rüsvayçı durumdan qurtarmaq üçün heç nə etməyiblər. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm