Xamneyinin nümayəndəsi: “İran əldən gedərdi, əgər...”
Bizi izləyin

Dünya

Xamneyinin nümayəndəsi: “İran əldən gedərdi, əgər...”

“Əgər biz Suriyaya girməsəydik, bu gün İraq, Suriya, Livan və İran əldən gedərdi”.

Publika.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin dini lideri Əli Xamneyinin İslam İnqilabı Keşikçilər Korpusundakı nümayəndəsi Əli Səidi deyib.

O, İran əsgərlərinin İranın təhlükəsizliyi üçün Suriyaya müdaxilə etdiyini söyləyib. “Rəhbər (Əli Xamneyi – red.) Suriyanın bizim üçün müqavimət xətti olduğunu elan edir. Biz Suriyaya girməsəydik, bu gün İraq, Suriya, Livan və İran əldən getmişdi”, - İranın dini liderinin nümayəndəsi bildirib.

Qeyd edək ki, İran Suriyadakı qarşıdurmalarda bu günə qədər 400-dən çox hərbçisini itirib. Onlardan 8-i generaldır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm