Rusiyada 11 İŞİD üzvü öldürüldü
Bizi izləyin

Dünya

Rusiyada 11 İŞİD üzvü öldürüldü

Rusiyada 11 İslam Dövləti yaraqlısı öldürülüb.

Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə noyabrın 22-də Rusiyanın milli anti-terror komitəsi məlumat yayıb. Şimali Qafqazda keçirilən xüsusi əməliyyat zamanı “İslam Dövləti” qrupunda olan 11 silahlı məhv edilib.

Məlumata görə, Kabardin-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığındakı meşəlikdə silahlılarla hüquq-mühafizə orqanları arasında atışma olub. Qurum həmin ərazidə əməliyyatın davam etdirildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm