Dünya
Türkman lider DANIŞDI: “Başımıza bomba yağır, vəziyyət gərgindir”
“Qızıldağ təpəsi yenidən rejim güclərinin əlinə keçib. Bildiyimiz kimi, bundan öncə Əsəd rejimi Rusiyanın dəstəyi ilə təpəni işğal etmişdi, amma bizim qəhrəman əsgərlərimiz dünən axşam saatlarında təpəni azad etmək üçün mətinliklə döyüşdülər və uğurlu oldu. Amma dünən axşamdan davam edən hücumlar nəticəsində təpə yenidən rejim güclərinin əlinə keçib”.
Bunu Publika.az-a açıqlamasında Suriya Türkman
Məclisinin başqanı Abdurrahman Mustafa deyib.
Lakin o, bunun Türkman dağının, ümumilikdə Bayır Bucağın işğal
olunması demək olmadığını bildirib: “Qızıldağ strateji bir təpədir,
lakin buranın rejim güclərinin əlinə keçməsi, türkmanların məğlub
olması demək deyil. Bizim qəhrəman gənclərimiz qanlarının son
damlasına qədər döyüşürlər, şəhid olurlar, amma geri çəkilmirlər.
Nəticədə qarşımızda dünyanın super güclərindən olan Rusiya və Əsəd
var. Eyni zamanda, güclü hərbi texnikaya malik bir ordu ilə
savaşırıq”.
A. Mustafa Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından
sonra türkmanlara qarşı hücumların daha da şiddətləndiyini diqqətə
çatdırıb.
“Havadan, qurudan və dənizdən bombalayırlar. Durum kirtikdir. Rejim
gücləri loqistik nöqtələri də vururlar. Qəhrəman oğullarımız sona
qədər döyüşəcək, amma sonumuzu necə olacağını Allah bilir”, - deyə
o bildirib.
Asif Nərimanlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”