Yanan evi telefonla söndürdü
Bizi izləyin

Dünya

Yanan evi telefonla söndürdü

Qonşuluğundakı evlərdən birində yanğın baş verdiyini görən avstraliyalı Simon Maddoks çox ağıllı davranaraq yüzlərlə kilometr uzaqdan evinin yanmasının qarşısını alıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərlər proqramında qonşuluğundakı evlərdən birində yanğın olduğunu görən Maddoks evin həyətində sulama sistemini daha öncə ağıllı telefonuna yazdığı bir proqramla sinxronizasiya edərək yüzlərlə kilometr uzaqdan istifadə edərək və evinin yanmasının qarşısını alıb.

Qeyd edək ki, texnologiya ilə daim maraqlanan Maddoks yanğından öz evinin xilas olduğunu, amma qonşularının evinin böyük hissəsinə zərər dəydiyini söyləyib. "Əgər xəbərləri 3 dəqiqə gec görsəydim, yəqin ki, mənim də evim yanıb kül olacaqdı", - deyən professor tvitterdə bu barədə fikrini paylaşaraq qonşusunun da evinin şəklini yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm