Dünya
Kürdlər Moskvanı ifşa etdi: “Rusiyanın peykdən çəkdiyi görüntülər...”
Şimali İraq regional kürd muxtariyyəti Rusiyanın İŞİD nefti ilə əlaqədar irəli sürdüyü iddiaları təkzib edib.
Publika.az xəbər verir ki, muxtariyyətin hökumət sözçüsü Sefin Dizayi “Anadolu” agentliyinə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin paylaşdığı məlumatların doğru olmadığını deyib.
“Kürdüstan hökuməti olaraq Rusiyanın bu iddialarını rədd edirik. Boru kəmərləri Zaho və İbrahim Halil sərhəd keçid məntəqəsinə qədər Kürdüstan bölgəsinin mülküdür. Duhok və Badinan bölgələrindən çıxarılan neftin böyük bir hissəsi boru xətti ilə Türkiyəyə çatdırılır. Çıxarılan neftin bir qismi da TIR-larla nəql edilir. Kürdüstan bölgəsinin satdığı neftin İŞİD-lə heç bir əlaqəsi yoxdur. Peşmərgə İŞİD-lə mübarizə aparan ən əhəmiyyətli gücdür. Kürdüstan bölgəsinin İŞİD-ə fayda verən nefti birbaşa, ya da bilvasitə satması mümkündürmü? Kürdüstan İŞİD-in ticarətinə vasitəçilik edə bilərmi? Belə bir iddianı nə ağıl, nə də məntiq qəbul edər”, - o, deyib.
Hökumət sözçüsü Rusiyanın məlumatları səhv mənbələrdən aldığını vurğulayıb.
Muxtariyyətin parlamenti enerji komissiyası başçısı Serko Cövdət bildirib ki, Rusiyanın peykdən çəkdiyi görüntülər Kürdüstan bölgəsindən Türkiyənin Ceyhan limanına neft daşıyan TIR-lara aiddir.
“Təbii Ehtiyatlar Nazirliyimiz daha əvvəl də yüzlərlə TIR-ın Türkiyəyə neft daşıdığını açıqlamışdı. Neft Türkiyəyə TIR-larla gedir və bu sirr deyil. Rusiyanın əlində iddialarını sübut edəcək güclü sənədlər yoxdur. Belə bir iddia üçün güclü məlumat və sənədlərə ehtiyac var”,- Serko Cövdət söyləyib.
Qeyd edək ki, Rusiya Türkiyə hakimiyyətinin İŞİD-lə neft biznesi olduğunu iddia edir. Rusiyanın iddialarına görə, Şimali İraq kürd muxtariyyəti İŞİD-in Türkiyəyə neft satışında vasitəçilik edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə Rusiyanın İŞİD ilə neft ticarətinə cəlb olunduğuna dair sübutlara malikdir. O, sübutların bütün dünyaya təqdim ediləcəyini deyib.
Ömər Dağlı
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi