Dünya
Bağdad Türkiyədən NATO-ya şikayət etdi
İraqın baş naziri Haydar əl-Abadi Türkiyənin üzv olduğu Şimali Atlantika İttifaqına (NATO) müraciət edib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər veirir ki, baş nazir ittifaqa öz “mənəvi nüfuzundan istifadə etməyi” və İraqın şimalından qoşunlarını çıxarmaq üçün Türkiyəyə təzyiq göstərməyi xahiş edib.
“Türkiyəni İraq ərazisindən qoşunlarını çıxarmağa vadar etmək üçün NATO öz nüfuzundan istifadə etməlidir”, - baş nazirin saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edək ki, Bağdadın Ankaraya verdiyi ultimatumun müddəti noyabrın 8-i axşam saatlarında başa çatıb. Türkiyədən qoşunlarını ölkə ərazisindən çıxarmağı tələb edən İraq ultimatumun yerinə yetirilməyəcəyi halda Türkiyəni cavab ölçüləri ilə hədələyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ankara İraqdan öz qoşunlarını çıxarmaq niyyətində deyil. O, qeyd edib ki, türk hərbçiləri “İslam dövləti” (İŞİD) ilə mübarizədə Bağdada kömək edir.
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO