Müxalifət parlamentə bomba atdı - FOTO
Bizi izləyin

Dünya

Müxalifət parlamentə bomba atdı - FOTO

Kosovo parlamentində müxalif deputatlar növbəti dəfə gözyaşardıcı qazdan istifadə ediblər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, deputatlar bununla da Avropa Birliyinin vasitəçiliyi ilə Serbiya ilə imzalanan razılaşmaya etirazlarını bildiriblər.

Müxalif deputatlar tələb ediblər ki, serb azlığının hüquqlarına zəmanət verən razılaşma etibarsız elan edilsin. Gözyaşardıcı qazın tətbiqindən sonra deputatları zalı tərk etməyə məcbur olublar.

Razılaşmaya əsasən, ölkənin şimalında serbilərin kompakt yaşadığı ərazilərdə yerli idarəetmə orqanına böyük səlahiyyətlər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm