Dünya
Ruslar Belbek aviabazasını ələ keçirmək istəyir: Hərbi qarşıdurma
Krımda Belbek aviabazasında yerləşən Ukrayna hərbi qüvvələri ilə Rusiya hərbçiləri arasında gərginlik davam edir.
Özünü Krım ordusunun daxili qoşunlarının nümayəndəsi kimi təqdim edən şəxs aviabazaya gələrək, ukraynalı əsgərlərə ərazini tərk etmək göstərişi verib. Ukraynalı polkovnik isə geri çəkilmələri üçün göstəriş olmadıqca Belbek aviabazasını tərk etməyəcəklərini bəyan edib.
Belbek aviabazasının əsas obyektləri 2 həftə əvvəl Rusiya tərəfdarı olan qüvvələr tərəfindən nəzarət altına alınsa da, ukraynalı hərbçilərin əlində hələ də inzibati bina və yaşayış məhəlləsi qalır. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko isə deyib ki, Ukrayna Rusyaya qarşı hərbi güc tətbiq edə bilər: “Biz Krımı qaytaracağıq və bunun üçün çox vaxt gərək deyil”.
Bu arada Krımın mərkəzi Simferopolda, vilayətin Rusiya tərkibinə daxil edilməsi təntənəli şəkildə qeyd olunub. Axşam saatlarında şəhər mərkəzinə toplaşan izdiham hadisə ilə bağlı konsertə və atəşfəşanlığa tamaşa edib. Oxşar şənliklər Moskvada da təşkil olunub.
Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Avropa Şurasından olan nümayəndə heyətini qəbul edib. Avropa Şurasının prezidenti Anne Brasserin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ukraynada davam edən siyasi böhran müzakirə edilib. Bu arada, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də Kiyevə səfəri zamanı burada səfərdə olan BMT-nin Baş katibi Pan Gi Munla Ukraynadakı vəziyyətdən çıxış yollarını müzakirə edib.
Krımı öz ərazisinə daxil etdiyi bir vaxtda, Rusiya artıq Qərbin tətbiq etdiyi sanksiyaların fəsadlarını hiss etməyə başlayıb. Viza və Mastercard Rusiyanın iki iri bankına göstərdiyi xidməti dayandırıb. Nəticədə bankların müştəriləri plastik kartları ilə onlayn alış-veriş edə , bankomatlardan pul çıxara bilmir. Yaranmış çətin vəziyyətdən çıxmaq üçün Rusiya prezidenti Vladimir Putin ölkənin mərkəzi bankına çətinliklə üzləşən bank müştərilərinə kömək etməyə, onları maliyyə himayəsi altına almağı tapşırıb. Moskva birjasında səhmlərin qiyməti kəskin şəkildə aşağı düşməyə başlayıb. Rusiya ilə Qərb arasında artan gərginliklər fonunda Rusiyanın qiymətli kağızlar bazarı bu ay 10%-dən çox ziyan çəkib. /anspress/
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi