Türkiyəli həkimlər Qubada
Bizi izləyin

Dünya

Türkiyəli həkimlər Qubada

Dekabrın 18-19-da Qubada Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının (TGV) birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun dəstəyi ilə "V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı" keçiriləcək.

Publika.az-a xəbər verir ki, konfransda Türkiyədən gəlmiş 40-a yaxın alim və həkimlə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan həkimlər də iştirak edəcəklər.

Xatırladaq ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə Naxçıvanda, 2014-cü ildə isə Qarabağ bölgəsində Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfrans həyata keçirib. "V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı"nın Azərbaycanın şimal bölgəsində keçirilməsi region həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qubada aşkarlanmış kütləvi soyqırım məzarlığının tanıdılması baxımından da əhəmiyyətli olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm