Türkiyənin ilk milli sərnişin təyyarəsinin qiyməti bəlli oldu – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin ilk milli sərnişin təyyarəsinin qiyməti bəlli oldu – FOTOLAR

Türkiyənin ilk milli sərnişin təyyarəsinin qiyməti bəlli olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hələlik yaxın uçuş məsafələri üçün istehsal ediləcək “TRJet 328” modelinin qiyməti 20 milyon dollar olacaq.

“TR Jet” şirkətinin baş direktoru Cem Uğur bildirib ki, 2016-cı ildə istehsalına başlanılacaq təyyarə ilkin olaraq 50 ədəd hazırlanacaq.

Dünyada az sayda ölkələrin təyyarə istehsal etmək gücünə malik olduğunu söyləyən C.Uğur qeyd edib ki, Türkiyə tarixində ilk dəfə olaraq müasir və lüks sərnişin təyyarələri də istehsal ediləcək: “Ayda maksimum 2 ədəd təyyarə hazırlayacaq müəssisə isə Ankarada qurulacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm