Dünya
Moskva Ermənistana yenə döyüş vertolyotları göndərdi
Rusiya hərbi vertolyotlarının ikinci partiyası İrəvandakı Erebuni aerodromunda yerləşən aviasiya bazasına gətirilib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 6 ədəd Mi-24P zərbə və Mi-8MT nəqliyyat helikopteri Krasnodar vilayətindəki hərbi aerodromdan Ermənistana çatdırılıb.
Dekabrın əvvəlində isə yeddi Mi-24P və Mi-8MT helikopteri Erebuni hərbi bazasında yerləşdirilib. Aviasiya vasitələrinin yığımı bir ay ərzində aparılacaq, 2016-cı il yanvarın əvvəlindən isə pilotlar sınaq uçuşlarına başlayacaqlar.
Rusiyanın Cənub hərbi dairəsinin İrəvanda yerləşən aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabrında bazaya Rusiyadan çoxməqsədli MiQ-29 qırıcıları gətirilib. 2001-ci ilin iyul ayında Erebunidə yerləşdirilən hissələrdən aviabaza formalaşdırılıb, bu aviabaza Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentinə çevrilib.
Ömər Dağlı
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək