Dünya
Prezidentlərin, nazirlərin “kölgəsi” – siyasətçilərin intim macəraları - FOTOLAR
Populyarlığı ilə seçilən, vəzifələrdə təmsil olunan siyasətçilər ictimai şəxslərdir. Bu səbəbdən onların fəaliyyətləri ilə yanaşı, şəxsi həyatları da daim diqqət mərkəzində olur. Faktlar göstərir ki, ayrı-ayrı ölkələrin dövlət və ya hökumət rəsmiləri arasında “sağa-sola” gedənlər, gizli sevgililəri, məşuqələri olanlar kifayət qədərdir. Sevgi macəraları nə qədər gizli saxlanılsa da, media bundan xəbər tutur və siyasətçilərin intim münasibətlərini ictimailəşdirir.
Publika.az gizli sevgililəri olmuş siyasətçiləri və onların məşuqələrinin adlarını təqdim edir:
ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Monika Levinski arasındakı intim münasibəti nəinki bu ölkənin, eləcə də dünyanın ayrı-ayrı dövlətlərinin mediası ictimailəşdirdi. Paparasilər və Klintonun ətrafındakı şəxslər vasitəsilə cəmiyyətə sızmış bu xəbər uzun müddət müzakirə mövzusu oldu.
Xəbərlərin əvvəlcə şayiə olduğu iddia edilsə də, sirrlərin hamısı açıldıqca Monika Levinski ilə Bill Klinton arasında intim münasibətlərin olması təsdiqləndi.
Əslində Klintonun vəzifə başında vəzifədən kənar işlərlə məşğul olması “ənənə”sinə onun sələflərinin vaxtında da rast gəlinmişdi. Əfsanəvi Merilin Monro ilə ABŞ-ın digər keçmiş prezidenti Con Kennedi arasındakı macəra bu qəbildən idi.
İtalyan top modeli Karla Bruni ilə Fransanın keçmiş prezidenti Nikola Sarkozi arasındakı münasibətlər isə ciddiləşdi: gözəl qadın dövlət başçısının üçüncü arvadına çevrildi.
Fransanın daha bir prezidentinin də adını bu siyahıda çəkmək olar. Fransua Ollandla aktrisa Juli Qaye arasındakı yaxınlıq onların münasibətləri barəsində şayiələrə yol açdı. Lakin cütlüyün nikaha girməsi barədə xəbər təsdiqini tapmadı.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə rəqqasə Françeska Paskalın da bir-birlərinə “həddən artıq yaxın” olmalarına dair saysız-hesabsız xəbərlər, məlumatlar var.
Britaniyada üzə çıxmış sevgi macərası isə bir qədər fərqlidir. Sən demə, bu ölkənin sabiq səhiyyə naziri Edvin Karri keçmiş baş nazir Con Meycorla sevgili olub.
Avstraliyanın baş naziri Bob Houkun yazıçı Blanş Dapulje ilə intim münasibətləri Houkun istefaya çıxmasından sonra toyla nəticələndi.
Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojinin də adı bu siyahıdadır. Pop müğənnisi Olesya Boslovyakla sevgi macərası yaşamış köməkçi 2014-cü ildə onunla nikaha girdi.
Qeyd edək ki, siyasətçilərin intim macəraları haqda xəbərlər heç də həmişə təsdiqini tapmır. Məsələn, bir zamanlar Liviyanın keçmiş lideri Müəmmar Qəddafi ilə Qalina Kolotniçkaya arasında sevgi macərasının yaşandığı deyilsə də, bu xəbərlər elə söz-söhbət səviyyəsində qaldı.
ABŞ prezidenti Barak Obama ilə köməkçisi Vera Beykerin yaxın münasibətdə olmalarına dair iddialar da təsdiqini tapmadı.
Habelə Belarus və Ukrayna prezidentlərinin da həyatında gizli sevgi münasibətlərinin olması haqda söz-söhbətlər xəbər kimi təsdiqlənmədi.
Ukraynadan olan Çernoveçkiyin Yelena Savçukla gizli görüşmələrinə dair iddiaların doğru olub-olmaması bu günə kimi məlum deyil.
Sadaladığımız siyasətçilərin gizli qadınlarını onların kölgəsi adlandırırlar. Məşuqələrdən yalnız Monika Levinski daha çox populyarlığı ilə seçilir. Hətta Amerikada onun haqda lətifələr də uydurublar.
Anar Tağıyev
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ