Putinin embarqosuna cavab: 1 milyon rus Türkiyəyə gələcək
Bizi izləyin

Dünya

Putinin embarqosuna cavab: 1 milyon rus Türkiyəyə gələcək

1 milyon rusiyalı hər il Türkiyəyə gəlmək məcburiyyətindədir.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Təhsil Mərkəzi və İşbirliyi Dərnəyinin rəhbəri Rimma Rzayeva deyib.

O bildirib ki, türk və rus evliliyindən qurulan 250 min ailə var: “Onların nənələri, babaları, bibiləri, xalaları, dayı və əmiləri var. Ən pis halda hər il 1 milyon Rusiya vətəndaşı yayda yenə Türkiyəyə getməli olacaq”.

Özünün həm Türkiyə, həm də Rusiya vətəndaşı olduğunu deyən R.Rzayeva iki ölkə arasında yaşanan problemlərin qısa zamanda başa çatmasını istədiklərini deyib: “Rusiya ilə Türkiyə arasında dostluq, məhəbbət olmalıdır. Gərginliyin heç bir ölkəyə faydası yoxdur. Türkiyədə ev alan ruslar var. Onlar hələ evlərini satmayıb. Onlar hər il Türkiyəyə gedəcəklər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm