Lavrovdan hədə: “Bu, Ukrayna xalqı üçün faciə olacaq”
Bizi izləyin

Dünya

Lavrovdan hədə: “Bu, Ukrayna xalqı üçün faciə olacaq”

Kiyev Donbas hövzəsində yeni hərbi əməliyyatlara hazırlaşır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

O qeyd edib ki, Avropa liderləri bunun hansı nəticələrə gətirib çıxara biləcəyini anlayırlar: “Avropa liderləri əla bilirlər ki, Kiyev Donbas hövzəsində yeni hərbi əməliyyatları planlaşdırır. Avropa liderləri mümkün əməliyyatların hansı faciəli nəticələrə gətirib çıxaracağını da anlayırlar, amma bu informasiyaya məhəl qoymurlar”, - Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, yeni əməliyyatlar hər şeydən əvvəl Ukrayna xalqı üçün faciəli olacaq. Onun sözlərinə görə, Minsk razılaşmalarının reallaşdırılması məhz Kiyevə görə ləngiyir və əvəzində Avropa Birliyi Rusiya barəsində yeni sanksiyaları tətbiq edir.

Lavrov qeyd edib ki, Avropa Birliyinin siyasətçilərinin rəsmi bəyanatlarına baxmayaraq, qurumun iştirakçılarının əksəriyyəti Ukraynaya görə Rusiya-Avropa qarşıdurmasını səhv hesab edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm