PKK-nın kabusu orada – 1377 illik tunel mühasirəyə alındı
Bizi izləyin

Dünya

PKK-nın kabusu orada – 1377 illik tunel mühasirəyə alındı

Türkiyənin cənubi-şərqində həyata keçirilən anti-terror əməliyyatları çərçivəsində 150 nəfərlik “bordo bereli” Diyarbəkr vilayətinin Sur mahalına göndərilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının kabusu sayılan “bordo bereli”lərin əsas vəzifəsi terrorçuların yerləşdirdikləri partlayıcıları məhv etmək və təhlükəsizlik güclərinin rahat hərəkətini təmin etməkdir.

Məlumata görə, Sur mahalında eramızın 639-ci ilindən etibarən yeraltı keçid və tunellər fəaliyyət göstərir. 1990-cı illərdə “Hizbullah” tərəfindən də istifadə edilən keçid və tunellərin hazırda PKK terrorçuları tərəfindən istifadə edildiyi müəyyənləşdirilib. Sur mahalında bir neçə girişi olan tunellərin mahalın şərq, qərb, şimal və cənuba açılan yollarının olduğu bildirilir.

Terrorçuların təhlükəsizlik güclərinə “Kanas” snayper silahı ilə atəş açdıqdan sonra bu tunellərdən istifadə edərək qaçdıqları və onların bəzilərində partlayıcılar yerləşdirikləri müəyyənləşdirilib. Bəzi tunellərin giriş və çıxışları təhlükəsizlik gücləri tərəfindən nəzarət altına alınıb. Əməliyyatları 4 istiqamətdən davam etdirən təhlükəsizlik gücləri hər keçən gün irəliləyərək terrorçuların mühasirə halqasını daraldır.

Sur mahalında 48 gündür davam edən əməliyyatlarda 102 terrorçu zərərsizləşdirilib, 15 təhlükəsizlik əməkdaşı şəhid oldu, 113-ü yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm