Qazaxıstanda növbədənkənar seçkilər keçiriləcək
Bizi izləyin

Dünya

Qazaxıstanda növbədənkənar seçkilər keçiriləcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 20-də parlamentin aşağı palatasını buraxıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə martın 20-də ölkədə növbədənkənar parlament seçkisi təyin edilib.

Məclisin mandatı bu ilin payızında bitməli idi.

Məclis yanvarın 13-də prezidentdən buraxılmasını istəyib və bunun səbəbini iqtisadi böhrandan doğan yeni tapşırıqlarla izah edib.

Qeyd edək ki, Qazaxıstanın milli valyutası tenge son aylar dəyərdən düşməkdə davam edir.

Buna səbəb kimi dünya bazarında neftin kəskin ucuzlaşması və Rusiyadakı iqtisadi geriləmə göstərilir.

Qonşi Çindəki iqtisadi geriləmə də Qazaxıstan iqtisadiyyatına təsirsiz ötməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm