Ebola qayıtdı
Bizi izləyin

Dünya

Ebola qayıtdı

Noyabr ayında Siyerra Leonedə Ebola virusuna son qoyulduğunun elan edilməsinə baxmayaraq, yanvar 21-də ikinci şəxsin bu virusa yoluxduğu bildirilib.

Publika.az xəbər evrir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, birinci yoluxma hadisəsi bir qadında keçən həftə müəyyən edilib. Qadın yanvarın 12-də vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü bildirib ki, qadına xəstə olduğu zaman ona qulluq edən xalasının analiz nəticələri müsbət çıxıb.

O deyib ki, qadının xalası nəzarətə götürülüb və müalicə olunur.

Ebola epidemiyası Cənubi Afrika, Liberiya və Qvineyada 11 min insanın ölümünə və 28 mininin yoluxmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm