Kudrin: “Bu, Rusiyanın müdafiə qabiliyyətinə təsir edəcək”
Bizi izləyin

Dünya

Kudrin: “Bu, Rusiyanın müdafiə qabiliyyətinə təsir edəcək”

“2016-cı ilin yanvar ayında neftin qiymətinin sürətlə düşməsi Rusiyada yeni reallığı yaratdı”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Davos İqtisadi Forumunda Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib.

Onun fikrincə, böhranın pik nöqtəsi hələ irəlidədir. Keçmiş nazir xəbərdarlıq edib ki, iqtisadiyyatda azalma həm ölkənin müdafiə qabiliyyətinə, həm də onun xarici siyasətinə təsir edə bilər.

Kudrin həmçinin ümid etdiyini bildirib ki, 2016-cı ildə böhranın ağır mərhələsi keçəcək. O, əmin olduğunu bildirib ki, ilin sonuna kimi sanksiyalar yumşalacaq: “Mən əminəm ki, sanksiyalar bu ilin sonuna kimi yumşalacaq və 2017-ci ildə iqtisadiyyat inkişaf edəcək. Heç kəs Rusiya ilə qarşıdurmanı saxlamağa hazırlaşmır. Düşünürəm ki, Minsk razılaşmaları yerinə yetiriləcək”.

Keçmiş maliyyə naziri hesab edir ki, Rusiyanın G8-ə üzvlüyü gec-tez bərpa ediləcək.

Kudrin bildirib ki, böhranın aradan qaldırılması üçün təcili ölçülər qəbul edilməlidir. O, təqaüd yaşının və vergilərin artırılmasını təklif edib. Bundan başqa, o, ölkədə real maaşların azalmasının qaçılmaz olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm