Bu Avropa ölkəsində "Viva Palestina" partiyası yaradıldı: Məqsədləri nədir?
Bizi izləyin

Dünya

Bu Avropa ölkəsində "Viva Palestina" partiyası yaradıldı: Məqsədləri nədir?

Belçikada yaradılan və fələstinlilərin hüquqlarını müdafiə etməyi qarşısına məqsəd qoyan “Viva Palestina” partiyasının 9 iyun tarixində Avropa Parlamenti seçkiləri ilə eyni vaxtda keçiriləcək ümumi və regional seçkilərə qatılacağı gözlənilir.

Publika.az xəbər verir ki, yazıçı və Fələstini dəstəkləyən fəal Dyab Abou Jahjahın rəhbərlik etdiyi siyasi partiyanın saytının verdiyi məlumata görə, "Viva Palestina" Qəzza soyqırımının tanınması üçün çalışmağı da hədəfləyir.

Partiya İsrailin fələstinliləri hədəfə alan aparteid sistemini sanksiyalar və boykotlarla aradan qaldırmaq və Brüsseli bunun üçün qlobal mübarizədə öncül etməkdə qərarlı olduğunu ifadə edib.

“Viva Palestina” partiyası İsrailin hərbi cinayətkarlarını və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq səylərə rəhbərlik etməyə sadiqdir", - partiyanın yaydığı açıqlamada deyilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm