Türkiyədən SƏRT cavab: Rusiya TIR-larına qadağa qoyuldu
Bizi izləyin

Dünya

Türkiyədən SƏRT cavab: Rusiya TIR-larına qadağa qoyuldu

Türkiyə öz ərazisindən Rusiyanın avtomobil nəqliyyatı ilə yükdaşımaları qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyanların Assosiasiyası (ASMAP) bildirib.

Məlumata görə, 2015-ci ildə Türkiyə hakimiyyəti tərəfindən verilən icazənin müddəti 31 yanvar 2016-cı ildə başa çatıb.

“2016-cı il üçün icazələr Türkiyə tərəfindən indiyə kimi uyğunlaşdırılmayıb. Hazırda Rusiyanın Nəqliyyat Nazirliyi məsələnin həlli üzrə tədbir görür”, - ASMAP-ın xəbərində deyilir.

Qeyd edək ki, Su-24 təyyarəsinin vurulması ilə əlaqədar Rusiya Türkiyəyə qarşı iqtisadi ölçülər tətbiq edib. 2015-ci ilin dekabrında Rusiya hökuməti Türkiyə barəsində xüsusi iqtisadi ölçülər haqqında prezident fərmanının icrası üzrə qətnaməni qəbul edib. Sənəd 2016-cı ildə Rusiya ərazisi ilə yükdaşımalar həyata keçirən türk avtomobillərinin sayını 2 minə qədər məhdudlaşdırır. Sənəd 2016-cı ildə icazələrin tamamilə ləğvini də istisna etmirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm