İtaliyanın baş naziri Afrikaya getdi
Bizi izləyin

Dünya

İtaliyanın baş naziri Afrikaya getdi

İtaliyanın Baş naziri Matteo Renzi sahibkarlardan ibarət geniş nümayəndə heyəti ilə Afrikada səfərdədir. Səfərin məqsədi Afrika ölkələri ilə İtaliya arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsidir.

Səfər çərçivəsində M.Renzi əvvəlcə Nigeriyanın Prezidenti Muhammadu Buhari ilə görüşüb. Söhbət zamanı İtaliyanın hökumət başçısı iqtisadi məsələlərlə yanaşı, hər iki qitə üçün aktual olan terrorizm mövzusuna da toxunub. O deyib: “Biz terrorizmə qalib gələcəyik. Çünki dəyərlərimiz və ideyalarımız bu anlayışdan daha dəyərlidir”. Baş nazir diqqətə çatdırıb ki, Afrikaya investisiya yatırmaq ədalətli addımdır. Çünki əgər biz yoxsulluqla mübarizə aparmaq, terrorizmə qalib gəlmək, ortaq dəyərləri paylaşmaq istəyiriksə Afrika bu baxımdan prioritet coğrafi məkandır.

Üç günlük səfər çərçivəsində M.Renzi Qanada və Seneqalda da bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, M.Renzi İtaliyanın Baş naziri kimi Afrikaya artıq üçüncü dəfədir səfər edir. O, 2014-cü ildə Mozambik, Konqo və Anqolaya, ötən il isə Efiopiya və Keniyaya səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm