Həsən Ruhani: “Biz bölgənin hakim gücü olmaq istəmirik”
Bizi izləyin

Dünya

Həsən Ruhani: “Biz bölgənin hakim gücü olmaq istəmirik”

“Qərbin ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasından sonra, İran dünyanın bütün ölkələri ilə əlaqələri genişləndirmək niyyətindədir. Sanksiyalar tətbiq edildiyi vaxtlarda bizim seçimimiz çox məhdud idi. Həmin vaxt biz yalnız iki-üç ölkə ilə ticarət əlaqələri saxlaya bilirdik. Lakin sanksiyalar götürüləndən sonra şərait tamamilə dəyişib və hazırda biz bütün ölkələrlə əlaqələrin müsbət tərəflərindən faydalanmaq istəyirik”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib. O qeyd edib ki, İran region ölkələri və Qərblə münasibətlərinin hərtərəfli olmasının tərəfdarıdır:
“Biz əlaqələrimizin təkcə Qərblə yox, həm də Rusiya, Çin və Yaponiya ilə gücləndirilməsinə əhəmiyyət veririk. Məntəqəmizə gəldikdə isə biz bölgənin hakim gücü olmaq istəmirik. Uzun müddətli hədəfimiz regionun güclü olmasıdır. Bizim istəyimiz budur. Bundan başqa biz Afrika ölkələri ilə də əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Amerika şirkətlərinin maraq göstərdiyi təqdirdə ölkəmizdə sərmayə yatırmasını müsbət qarşılayırıq”.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm