Əli Əkbər Vilayəti Putinlə görüşdü
Bizi izləyin

Dünya

Əli Əkbər Vilayəti Putinlə görüşdü

İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, Əli Əkbər Vilayəti Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüş Moskvaya səfərin sonuncu günündə baş tutub. Onlar iki ölkə arasındakı qarşılıqlı əlaqələri müzakirə edərək, Tehranla Moskvanın bir sıra regional məsələlərdə birgə əməkdaşlığın əhəmiyyətindən danışıblar:
“İran İslam Respublikası ilə Rusiya öz aralarında strateji əlaqələri tənzimləmək istiqamətində addım atırlar. Ölkələrimiz arasındakı strateji əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, getdiyimiz bu geriyə dönməz yol, həm də bölgədə və beynəlxalq arenada sülh və sabitliyin bərqərar olunmasına yardım edəcək”.

Görüşdə Rusiya prezidenti Vladimir Putin Moskva ilə Tehran arasında qarşılıqlı əlaqələrin inkişafını zəruri saydığını bildirib.
“Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız bütün sahələrdə genişlənməli və bu münasibətlərin bütün potensialından faydalanmalıyıq”,- deyə Putin qeyd edib.

Qeyd edək ki, Əli Əkbər Vilayəti Rusiya Strateji Araşdırmalar Mərkəzi rəisinin rəsmi dəvəti ilə fevralın 1-də bu ölkəyə səfər etmişdi.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm