Silahlılar rusların olduğu tankeri ələ keçirdilər - VİDEO
Bizi izləyin

Dünya

Silahlılar rusların olduğu tankeri ələ keçirdilər - VİDEO

Nigeriyada naməlum silahlı dəstə “Leon Dias” tankerini ələ keçirərək dənizçiləri əsir götürüblər.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə dəniz daşınmaları üzrə təhlükəsizliyi təmin edən Danimarkanın “Risk Intelligence” şirkətindən bildirilib.

Neftdaşıyan tankerin ekipajına iki rusiyalı (baş mühəndis və gəminin elektromexaniki), gəmi kapitanı da daxil olmaqla Filipinin iki vətəndaşı və bir gürcüstanlı mexanik daxildir. Bildirilir ki, döyüşçülər yunan şirkətinə aid olan tankeri ələ keçirəndən sonra girovları götürərək onu tərk ediblər.

Silahlı döyüşçülər əvvəlcə bildiriblər ki, 2015-ci ilin oktyabrında həbs edilmiş radiostansiyanın direktoru Nnamdi Kanu azad edilməsə ekipaj heyəti ilə birlikdə tankeri partladacaqlar. Lakin Rusiya mediasının yazdığına görə, döyüşçülər əslində pul almaqda maraqlıdırlar. Bildirilir ki, onlar radiostansiya direktorunun azad edilməsini tələb etməklə əslində həqiqi hədəflərini gizlətməyə çalışırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm