“Mehmetcik” 8 yaşlı uşaq üçün ölümə meydan oxudu - VİDEO
Bizi izləyin

Dünya

“Mehmetcik” 8 yaşlı uşaq üçün ölümə meydan oxudu - VİDEO

Türkiyənin cənubi-şərqində PKK terror təşkilatına qarşı mübarizə aparan “mehmetcik” 8 yaşındakı bir uşaq üçün ölümə meydan oxuyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkr vilayətinin Sur mahalında terror üzündən evini tərk edən bir ailə epilepsi xəstəsi olan 8 yaşındakı Baranın dərmanlarını götürməyi unudub.

Xaricdən məxsusi olaraq sifariş edilmiş dərmanların yaddan çıxması 8 yaşlı Baranın həyatını riskə atıb. Uşağın atası əsgərlərdən kömək istəyir.

“Mehmetcik” dərmanları götürmək üçün həmin evdə xüsusi əməliyyat təşkil edir və terrorçuların güllə yağışı altında dərmanları götürür. Baş verənlər əsgərlərdən birinin dəbilqəsindəki kamera ilə qeyd alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm