Əmri şəxsən Putin vermişdi – ARAŞDIRMA
Bizi izləyin

Dünya

Əmri şəxsən Putin vermişdi – ARAŞDIRMA

“2015-ci ilin yanvarında Donetsk vilayətinin Debaltsevo şəhərinə hücum əmrini şəxsən Rusiya prezidenti Vladimir Putin verib”.


Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Conflict Intelligence Team (CIT) qrupunun bloggerlərinin araşdırmasında deyilir.

Bundan başqa, bloggerlər Debaltsevo uğrunda Rusiyanın 6-cı tank briqadasının döyüşdüyünü bildiriblər. Briqada sonradan şəxsən Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən təltif olunub.

“Bu qərar “Normandiya formatı”nın hərəkətlərinə cavab və Ukrayna prezidenti Pyotr Poroşenko ilə Qərbə təzyiq aləti idi”, - CIT-in araşdırmasında qeyd edilib.

Şəhər uğrunda döyüşlərdə rus qoşunlarının iştirakı barədə əvvəllər Rusiyanın “Novaya Gazeta” nəşri də yazıb.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, Debaltsevo uğrunda döyüşlərdə 22 Ukrayna hərbçisi həlak olub, təxminən 158-i yaralanıb. Debaltsevo Donetsk, Luqansk və Rostov-Donu birləşdirən regionun ən böyük nəqliyyat mərkəzlərindən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm